Reza Mehmandost: Azərbaycan taekvondosu inkişafdadır
Kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost Meksikada keçirilən Dünya Kubokunda qazanılan qələbəyə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan taekvondosu üçün tarixi uğurdur. Rəqabət yüksək səviyyədə idi. Bununla belə idmançılarımız əzmkarlıq nümayiş etdirərək qələbə qazandı. İran kimi güclü komandaya qalib gəlmək böyük nailiyyətdir. Dünya Kubokunda ən güclü idmançılar çıxış edirdi. Ona görə də qələbə qazanmağımıza çox sevinirik. Azərbaycan taekvondosu inkişafdadır. Qarşıdakı məqsədimiz lisenziya xarakterli son turnirlərə hazırlaşmaqdır. Bundan sonra isə Yay Olimpiya Oyunlarına hazırlıq başlayacaq. Azərbaycan taekvondosu Rioda layiqli şəkildə çıxış etməlidir".