Radik İsayev: Olimpiadada uğurun davamını gətirmək istəyirəm
14 dekabr 2015 13:45
2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan, Dünya Kubokunun qalibi Radik İsayev bununla bağlı təəssüratlarını bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox çətin yarışlarda iştirak etdik. Azərbaycan taekvondosu üçün 2015-ci il uğurlu oldu. Dünya çempionatında qızıl medal, ilk Avropa Oyunlarında parlaq nəticələr əldə etdik. İndi isə Dünya Kubokunda uğur qazandıq. Çox çətin görüşlər keçirdik. İran komandasına qrupda uduzmuşduq. Amma finalda onlara gücümüzü göstərdik. Lisenziya qazandığıma görə çox şadam. Gələn il olimpiadada uğurun davamını gətirmək istəyirəm. Azərbaycan komandasının Rioda maksimum idmançıyla təmsil olunmağını arzulayıram".