Kobra bu gün növbəti görüşünə çıxır
4 dekabr 2015 19:30
Bu gün Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxacaq. Azerisport.az xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda baş tutacaq döyüşdə idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gələcək.
Döyüş 23:00-da start götürəcək və Rusiyanın "Боец" telekanalı vasitəsilə canlı yayımlanacaq.