Karate əlavə idman növü kimi 2020-ci Olimpiya Oyunlarının proqarmına daxil edilə bilər
Tokio-2020-nin Təşkilat Komitəsinin karatenin 5 il sonrakı Olimpiya oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifi, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müsbət cavablandırılıb. Azerisport.az xəbər verir ki, Tokio Olimpiadasının kumite yarışlarında kişilər və qadınlar 3 çəki dərəcəsində mübarizə apara bilərlər.
Kata çıxışlarında isə kişi və qadınlardan 1 idmançı tatamiyə çıxa bilərlər. Təsnifat yarışlarının qaydaları qarşıdakı dövrdə dəqiqləşdiriləcək.
Son qərar 2016-cı il avqust ayında elan ediləcək.
Bu tarixi qərar münasibəti ilə Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos federasiyalara, o cülədən Azərbaycan Milli Karate Federasiyasına təbrik məktubu göndərib. Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda Avropa Oyunlarının karate yarışlarında olarkən, bu döyüş idman növünün perspektivlərinə inandığını bildirmişdi.