Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı
Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər. Azerisport.az xəbər verir ki, Niyazi Əliyev, Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərlidən ibarət heyət ilk mərhələdə Serbiyanı 2:1, ardından Amerika Birləşmiş Ştatlarının komandasını isə 3:0 hesabı ilə məğlub etdilər. Növbəti görüşdə İran idmançılarına eyni hesabla uduzan komandamız, rəqib finala yüksəldyindən təsəlliverici görüşlərə qatıldı. Bir-birinin ardnca İsveçrə ə Hollandiya komandalarına 3:0 hesabı ilə qalib gələn karateçilərimiz bürünc medal uğrunda Fransa idmançıları ilə görüşəcək.
Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevadan ibarət qadın komandamız isə 4 görüş keçirdi. Cənubi Koreya və Dominikan respublikasının komandaları ilə 1:1 hesablı görüşdə xal üstünlüyü ilə mərhələ adlayan karateçilərimiz İspaniya idmançılarına eyni nəticə ilə uduzdular. İspanlar finaladək irəlilədiyindən komandamızın təsəlliverici görüşlərə qatılmaq imkanı oldu. İlk rəqib Rusiya ilə görüşdə 1:2 hesablı məğlubiyyət mükafatlara gedən yoa son qoydu.
Oktyabrın 29-da fərdi yarışların mükafat döyüşləri keçiriləcək. Finallarda Ayxan Mamayevin (-84 kq) rəqibi Yaponiyalı idmançı, Rafael Ağayevin (-75 kq) rəqibi isə Misirli karateçi olacaq. Firdovsi Fərzəliyev bürünc medal uğrunda Mərakeşli idmançı ilə mübarizə aparacaq. Ertəsi gün komandaların mükafatlar uğrunda həlledici yarışı ilə 24-cü dünya çempionatına yekun vurulacaq.