Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu
Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub. Azerisport.az xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutan yarışda paytaxt və müxtəlif regionlardan 41 klubu təmsil edən 430 idmançı iştirak edib.
Kumite üzrə 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-52 kq, "Vado Ryu" klubu), Rəşid Həqiqətli (-57 kq, "Qara Qaplan" klubu), Tural Yaqubov (-63 kq, "Qara Qaplan" klubu), Fərid Şahbazlı (-70 kq, Xocavənd), Məmməd Məmmədov (+70 kq, Xocavənd), eləcə də Mədinə Sadıqova (-47 kq, "Qara Qaplan" klubu), Ayla Rzazadə (-54 kq, "Qara Qaplan" klubu), Səma İmanzadə (+54 kq, "Qarabağ" klubu), kata yarışlarında isə Ceyhun İsmayılov ("Arpaçay" klubu), Emiliya Mitlinova ("Qara Qaplan" klubu) çempion olublar.
16-17 yaşlı gənclərin kumite yarışlarında Həsən ƏLiyev (-55 kq, Gəncə), Hümmət Baxşəliyev (-61 kq, "Arpaçay" klubu), Ruslan Əhmədov (-68 kq, "Mətləb" klubu), Murad Balakişiyev (-76 kq, "Dostluq" klubu), Murad Hacızadə (+76 kq, "Dostluq" klubu), qızlar arasında Fidan Teymurova (-48 kq, "Qara Qaplan" klubu), İnci Əzizova (-53 kq, MKM), Telli Əliyeva (-59 kq, Xaçmaz), Bəsti İsmayılova (+59 kq, Xırdalan) və fərdi katada Kənan Mirpənah ("Çempion" klubu) birinci olublar.
Gənclərin 18-20 yaş qrupundan Hüseyn Əliyev (-60 kq, DİN İC), Sərdar Məmmədov (-67 kq, MKM), Vüsal kamallı (-75 kq, MKM), Elman Babayev (-84 kq, "Qara Qaplan" klubu), Sərxan Quluzadə (DİN İC), qızlardan Asiya Məlikova (-50 kq, MKM), Aytac Əliyeva (-55 kq, MKM), Ramilə Məmmədova (-61 kq, "Qara Qaplan" klubu), Fəridə Əliyeva (+68 kq, MKM), kata yarışlarında Roman Heydərov və Həsən Rüstəmov (hər ikisi "Çempion" klubu) qızıl medala sahib olublar.
Kişi və qadınlar arasında qızıl medalları isə Firdovsi Fərzəliyev ("Çempion" klubu), Tural Ağalarzadə (-67 kq, MKM), Məcid Əmirov (-75 kq, MKM), Ayxan Mamayev (-84 kq, "Qara Qaplan" klubu), Əli Cəfərov (+84 kq, MKM), həmçinin Nuranə Əliyeva (-50 kq, "Qara Qaplan" klubu), İlahə Qasımova (-55 kq, "Qara Qaplan" klubu), Fəridə Abiyeva (-61 kq, "Sərhədçi" OİM), Fəridə Əliyeva (+68 kq, MKM), kata çıxışlarında Roman Heydərov ("Çempion" klubu) qazanıb.
Ümumi komanda hesabında "Qara Qaplan" klubu, Mərkəzi Karate Məktəbi və "Çempion" İdman klubu nəticələrə əsasən ilk pillələri tutublar.
Yarışın mükafatçıları milli komandanın heyətinə cəlb olunaraq, təlim-məşqlərə qatılacaqlar. Qarşıda yeniyetmə və gənclərin ilk rəsmi yarışı fevralda Bolqarıstanın paytaxtı Sofiyada Avropa çempionatı, böyüklərdə isə yanvarın son günləri Parisdə Premyer liqa turniri olacaq.