Azərbaycan karateçiləri Kanada milli komandasının üzvləri ilə birgə məşq edirlər
Bakı-2015 1-ci Avropa Oyunlarına hazırlaşan Azərbaycan karateçiləri həlledici təlim-məşqlərini Kanada milli komandasının üzvləri ilə birgə davam etdirirlər. Azerisport.az xəbər verir ki, öz istəkləri ilə Bakıya gələn Şimali Amerikalı idmançılar yay aylarında Kanadada Pan Amerika Oyunlarına hazırlığın əsas hissəsindən biri kimi təlim-məşqlərin məhz dünyanın ən güclü komandalarından olan Azərbaycanla birgə keçirməyə qəra veriblər.
Kanada milli komandasının üzvləri Azərbaycan karateçiləri ilə hazırlıqların Pan Amerika Oyunlarında onların nəticələrinə müsbət təsir göstərəcəyindən əmindirlər. Hər iki komanda gün ərzində 2 dəfə məşq keçir.
Onlar 18 noyabrda Avropa Oyunlarının Karate yarışlarının keçiriləcəyi Kristal zalda test yarışında itirak edəcəklər.