Fotoreportaj|Video|На русском

Karate

Rəhman Hətəmov: Bütün uşaqlardan medal gözləyirdim

27 sentyabr 2013 11:59
Karate üzrə Azərbaycan milli komandası İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında çıxışlarını uğurla başa vuraraq bu gün vətənə qayıtdı. Azerisport.az xəbər verir ki, 3 qızıl və 2 gümüş medal qazanan karateçilərimizin komanda yarışlarında möhtəşəm qələbəsi, zala toplaşan bütün azarkeşlərin rəğbətinə səbəb oldu.
 
İdmançılarımızın uğurunda yığma komandanın baş məşqçisi, federasiyanın vitse-prezidenti Rəhman Hətəmovun əməyi də xüsusi qeyd edilməlidi. Hər bir idmançısı ilə birgə gərgin anlar yaşayan, döyüşdən öncə taktikanı müəyyənləşdirən məşqçi ilə karate yarışları başa çatdıqdan sonra söhbətləşdik.
 
- Rəhman müəllim, komandanın nəticəsini gözləyirdinizmi?
- Rəqiblərimizin bir çoxu adlı-sanlı karateçilərdən ibarət olan, karatedə dominantlıq edən ölkələr sayılır. Lakin mən bütün uşaqlardan medal gözləyirdim. Rəfayel Ağayevin qələbəsinə şübhəm yox idi və o  yenə ən güclü olduğunu sübut etdi. Ayxan Mamayevlə Şahin Atamov isə öz əzmkarlıqları ilə məni xüsusilə sevindirdilər. Niyazi isə uzun müddətdir zədədən sonra ilk dəfə idi belə böyük yarışa çıxırdı.  Buna baxmayaraq, bütün kollektiv etimadı doğrultdu və sevindirici haldır ki, 5 çəki dərəcəsindən 4-nün finalında Azərbaycan karateçiləri döyüşdülər. Bu böyük uğurdur.
 
- Komanda yarışının final döyüşü daha maraqlı oldu.
- Bəli. Karateçilərimiz fərdi olaraq həmişə uğur qazansalar da, ilk dəfə idi ki, belə böyük turnirin komanda döyüşlərində yarışında birinci olduq. İslam ölkələrinin baş yarışında qalib olmaq qürurvericidir. Xüsusən də finalda İran kimi güclü komandaya qalib gəlmək. Onların heyəti bizdən həm atletik, həm də çəkilərinə görə bizim uşaqlardan böyük idi. Buna baxmayaraq, uşaqların əzmkarlığı qarşısında İran karateçiləri də dayana bilmədilər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və idman nazirinin müavni İsmayıl İsmayılovun döyüşlərimizi yarışları tribunadan izləməsi də uşaqlarda böyük ruh yüksəkliyi yaratdı.
 
- Əgər zədə problemi olmazsa, hazırkı heyət birlikdə neçə il döyüşə bilər?
- Hazırda komandanmızın ən gənc üzvünün 21, yaşlısı olan Rəfayelin isə 28 yaşı var. Karatedə maksimum 35 yaşadək döyüşmək olar. Deməli əgər zədə problemi olmaza bu komanda azı 5 il Azərbaycanın şərəfini layiqincə qoruya biləcək. Təki zədə olmasın. Məsələn, mən özüm 18 yaşımda, Azərbaycanın ilk  dünya çempionu olsam da,  zədə üzündən karyeramı çox tez bitirməli olmuşam.
 
- Bu gün Azərbaycan karate yığması dünyanın ən güclülərindən sayılır. Bəs yığma üzvlərini sabah əvəz edəcək ehtiyat qüvvə varmı?
- Bu gün bizim perspektivli ehtiyat qüvvəmiz, gənclərimiz var. Onlar da indiki nəsli tədricən layiqincə əvəz edəcəklər. Komandamızda nəsil dəyişikliyi tədricən gedir. Heyət birdən-birə yenilənmir. Ona görə də heyət hec zaman zəifləmir. Bizim güclü karate məktəbimiz olub. Bu məktəbin başında isə Ülvi Quliyev, Füzuli Musayev, Yaşar Bəşirov, Əhməd Hətəmov kimi güclü karateçilərimiz dayanıblar. Bu gün gənclərimiz onları layiqincə əvəz edə bilirlər. (AGİN)

Другие новости этого раздела

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək12 dekabrKarate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında07 dekabrRespublika çempionatının qalib və mükafatçıları bəlli oldu28 noyabrKarate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu31 oktyabrAvstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu31 oktyabrAğayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı30 oktyabrRafael Ağayev 5 qat dünya çempionudur29 oktyabrAzərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı29 oktyabrRafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!27 oktyabrKarateçilərin Tokio-2020-də çəki dərəcələri məlum oldu26 oktyabrKarateçilərimiz DÇ-yə yollanır21 oktyabrMilli komandamızın heyətində rotasiya13 oktyabrKarateçilərimiz Almaniyada 6 medal qazandılar26 sentyabrİrina Zaretskadan 3 qızıl medal19 sentyabrKarateçilərimiz İstanbulda 8 medal qazandılar05 sentyabr
9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu
BAKU 2020
Neftchi fan shop