Azərbaycan pilotu Bakı şəhər halqasında test yürüşü edəcək
27 may 2016 00:30
“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi, “Euro Formula Open” yarışlarında “Kampos” (İspaniya) komandasında çıxış edən Azərbaycan pilotu Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasında test yürüşü edəcək. Azerisport.az xəbər verir ki, mayın 29-da təşkil olunacaq yürüşdə pilotun Bakı şəhər halqası boyunca üç dövrə vurması nəzərdə tutulur.
Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda “Formula-3” pilotudur. Gənc pilot yanvarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Formula Gulf 1000” yarışında yaxşı nəticə göstərərək birinci yerin sahibi olmuşdu.
Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 17-19-da Bakıda təşkil olunacaq.