Fettel: Ümid edirəm ki, Bakı treki gözləntilərimizi doğruldacaq
Avropa Qran Prisi ərəfəsində Sebastian Fettel və yarış mühəndisi Rikkardo Adami Bakı Şəhər Halqası haqqında fikirlərini bölüşüblər. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
Sebastian Fettel: "Öncə onu qeyd edim ki, Azərbaycan haqqında çox az məlumatım var. Bildiyimə görə Bakı, Xəzər dənizi sahilində yerləşir. Bu qədər! Səbirsizliklə Bakı səfərimizi gözləyirəm. Trek haqqında çox sayfa maraqlı fikirlər eşitmişəm – trekin tarixi yerlərdən keçən hissəsi, ensiz döngələr. Bizi möhtəşəm yarış gözləyir. Yeni şəhərlərə səfır etməyi və yeni treklərlə tanış olmağı çox sevirəm.
Şəhər treklərinə hər zaman pərəstiş edirəm. Adətən çox çətin keçilir, təpəli və ensiz küçələri olur. Ümid edirəm ki, Bakı treki bizi gözləntilərimizi doğruldacaq və şəhər trekləri arasında öz yerini tutacaq”.
Rikkardo Adami: "Kanada Qran Prisindən sonra Formula 1 ilk dəfə Bakıya səfər edir. Hələ ki, treki yalnızca simulyatorda test etmişik. Bəzi xüsusiyyətlərini anlamaq üçün, Sebastian ilə xüsusi programda çalışmışıq. Trek çox çətindir, belə ki, döngələr müxtəlifdir və uzun düzlük var. Həmçinin artıq məşhur olan ensiz 8-ci döngəni qeyd etmək istərdim. Pilotlar dəqiqliklə bu döngədən keçməlidirlər, tamaşaçıların bu çox xoşuna gələcək.
Bakıda hava Kanadadan çox fərqlənir. Burada havanın çox isti və küləkli olacağı gözlənilir. Belə şəraitdə düzgün sazlamalar seçmək və uzun düzlükdə sürət baxımından optimal balans yaratmaq çətin olacaq.
Nəzəri cəhətdən maşının aerodinamikası asfalta yatma qüvvəsinin aşağı səviyyəsinə sazlanmalıdır, çünki düzlükdə maksimal sürət yığmaq zəruridir. Amma, əvvəldə də dediyim kimi, kompromis əldə etməliyik ki, maşın İçəri Şəhərdə olan yavaş döngələrdə effektiv olsun. Bizi çox maraqlı həftəsonu gözləyir". BCC