Fotoreportaj|Video|На русском

Avtoidman

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

17 iyun 2016 00:05

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər. Azerisport.az xəbər verir ki, konfransda pilotlar– Karlos Saynz (Toro Rosso), Niko Hulkenberq (Force India), Rio Haryanto (Manor), Valteri Bottas (Williams), Fernando Alonso (McLaren) və Sebastian Fettel (Ferrari) iştirak ediblər

SUAL: Fernando, siz daha əvvəl Bakıda bu yarışın elçisi kimi olubsuz. O vaxtdan bəri nə dəyişib?

Fernando Alonso: Düzü, o vaxtdan bu yana bir sıra dəyişikliklər olub. Artıq trek hazırdır və həmçinin bütün qarajlar, Pit Yolu, tribunalar. Eyni zamanda hava da dəyişib! Mart ayında hava olduqca soyuq idi və yaxşı xatırlayıram o vaxtı mən trekdə gəzərkən iki jaket geymişdim. İndi isə hava olduca istidir və küləklidir. Yarış bu baxımdan fərqli olacaq. Hesab edirəm ki, indiyədək möhtəşəm iş görülüb. Yarış üçün hər şey hazırdır. Bununla yanaşı azarkeşlər Formula 1 haqqında çox məlumatlıdırlar və onlar da yarışa yaxşı hazırlaşıblar, bazar günkü yarışı səbrsizliklə gözləyirlər. Möhtəşəm yarış üçün hər şey hazırdır.

SUAL: Səncə, dizayn baxımından trekin hansı hissəsi daha maraqlıdır?

F.A.: Biz bir neçə məqamı boliddə olarkən kəşf edəcəyik. Trekdə piyada yürüş etmək hər zaman fərqli olub, elə həmçinin simulyatorda sürmək də. Baxaq görək necə olur. Trekin yoxuş yuxarı olan ən dar hissəsi 8, 9 və 10-cü döngələri əhatə edir və burada yarış olduqca maraqlı keçəcək və biz bu hissədə bolidin imkanlarını necə maksimallaşdırmağın yollarını axtaracağıq. Bu trekdə unikal məqam böyük uzunluğa malik sürətlənmə xəttidir ki, burada sürət çox yüksək həddə olacaq və şəhər treklərində belə sürət nadir hallarda müşahidə olunur. Biz 16-cı döngədən 1-ci döngəyə qədər olan hissədə sürətlənməyin mümkünlüyünü yoxlayacağıq və ya sürəti daha çox 19-20-ci döngələrdə artırmağa çalışacağıq. Ümumiyyətlə trek olduqca maraqlıdır və sürətlənmə xəttinin çox uzun olması bəzi komandalar üçün nisbətən daha çox çətinliyə səbəb olacaq, bəlkə bizim üçün də. Mart ayında buraya gəldiyimdə bəzi düzəlişlər etməliydim, ancaq bu belədir və biz yarışıb görəcəyik.

SUAL: Təşəkkürlər. Niko, Monako və Monreal Qran Prilərində ardıcıl olaraq xal qazandınız. Bu uğurunuzu Bakıda da davam etdirəcəyəinizi gözləyə bilərikmi?

N.H.: Bəli, mən buna ümid edirəm. Doğrusu, trek yenidir və bizim bu treklə bağlı heç bir təcrübəmiz yoxdur. Burada hər kəs sıfırdan başlayacaq və bu da çox böyük maraq doğurur. Trek olduqca həyəcanlı görünür.  Düşünürəm ki, Barselona Qran Prisindən bu yana böyük irəliləyişə imza atmışıq və bu da bizim yarışımıza təsirsiz ötüşməyib. O vaxtdan etibarən hər trekdə xal qazanmış pilotlardan biri olmaq əlbəttə məni daha inamlı edir.

SUAL: Siz dediniz ki, hər kəs sıfırdan başlayacaq. Bir-iki sözlə pilotların bu kimi yeni yarışlara necə hazırlaşdığını ifadə edə bilərsinizmi? Sabah trekin ilk dövrələrində simulyatorlara nə dərəcədə istinad edəcəksiniz?

N.H.: Məncə bu, komandadan komandaya dəyişən amildir. Bəzi komandaların simulyatoru var və onlar trekə əvvəlcədən bələd olurlar. Ancaq bu bizdə olmadığı üçün, biz həqiqətən sıfırdan başlamalıyıq. İlk dövrələr treki kəşf etmək, sürət həddini müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir. Simulyatorlara istinad etmək bəzən yaxşıdır, bəzən isə bu heç də yaxşı fikir deyil. Çünki onsuz da sonda hər kəs real trekdə mübarizə aparıb, real təcrübə qazanacaq.

SUAL: Təşəkkürlər Karlos. Keçən həftə Kanada Qran Prisində yarışı 20-ci olaraq tamamladınız. Bu nəticə siz nə qədər qane etdi?

C.S.: Şənbə günü baş verən hadisədən sonra yaranmış məyusluqdan sonra bu nəticə mənim üçün kifayət edici oldu. Bərpa olmaq və yenidən 20-ci olaraq yarışı tamamlamaq nəinki mənim üçün, elə komanda üçün də bir nailiyyət idi. Monako Qran Prisinin bazar günündə qarajda yaranmış bəzi probləmlər bizə çətinlik yaratdı. Üstəlik Kanadada iştirak etmək üçün bu çətinliyin öhdəsindən tez bir zamanda gəlməli və yarışa yaxşı formada uğurlu strategiya ilə qayıtmalı idik. Bizi izləyən Force İndia komandasının pilotları ilə aramızdakı xal fərqini çoxaltmağımız isə böyük uğur idi. Biz çox çalışmalı və bunu olduğu kimi saxlamalıyıq.

SUAL: Digər komandalar bir dəqiqə içərisində mühərrikləri yeniləyə bildiyi halda, hər şeyi olduğu kimi saxlamaq nə qədər çətindir? Toro Rossonun hazırki rəqabətliliyini köhnə Ferrari mühərriki ilə müqayisədə necə dəyərləndirirsiniz?

C.S.: Bunu cavab vermək bir qədər çətin olacaq. Siz artıq bilirsiniz… Məsələn, Avstraliyada biz sıralanma turunda beşinci və yeddinci ola bildik. Kanada və ya Azərbaycan kimi yerlərdə isə biz sıralanma turunun 3-cü mərhələsində iştirak etmək üçün çalışacağıq. Avstraliya Qran Prisindən bəri çox yeniləmələr etməsək də, komandanın güclü səyi nəticəsində, çox da geriləmədik. İndi biz hələ də oyundayıq və Konstruktorlar yarışında beşinci yer uğrunda Avstraliya Qran Prisində çıxış etdiyimiz bolidlə mübarizə aparırıq. Force İndia və McLaren komandalarının etdiyi yeniləmələri və həmçinin bizim yeniləmə etmədiyimizi nəzərə alsaq bu böyük bir nailiyyət sayıla bilər.

SUAL: Çox sağolun, Sebastian. Gözlədiyiniz üçün təşəkkürlər. Bildiyiniz kimi, bu dənizkənarında yerləşən bir trekdir və çox güman ki, ətrafda çoxlu qağayılar olacaq. Düşünürsünüz ki, bu yarışa təsir edəcək?

S.V.: Texniki olaraq, bu dəniz deyil, göldür. Bu haqda bir az oxumuşam. Xəzər dənizinin dünyada ən böyük göl olduğunu hələ illər öncə bilirdim. Belə ki, biz heç bir qağayı təhlükəsindən qorxmamalıyıq. Əlbəttə, orada bir neçəsi olacaq, amma mən ümidvaram ki, onlar bolidin hərəkətinə heç bir maneə törətməyəcəklər.

SUAL: (Livio Oricchio – globoesporte.com) Sual bütün pilotlaradır. 12-ci az meylli döngə ilə 15-ci çox meyilli döngə arasında meyilliyi az olan 13 və 14-cü döngələr var. Uzun düz xətt kimi görünür və trekin hər iki tərəfində də divar var: prinsipcə oval formasındadır, ancaq düz xəttli trekdir. Buna münasibətiniz necədir?

K.S.: Simulyatorda başa vurduğum dövrələrə əsasən onu deyə bilərəm ki, uzun düz xətt kimi görünür, ancaq eyni zamanda bəzi yerlərdə qarşına divarlar da çıxır. Belə məqamda bolidin arxa tərəfində yerə sıxma qüvvəsi azalacaq və bunu ram etmək çətin olacaq. Lakin mənə görə maraqlı hissə bu iki az meyilli döngədən sonra gəlir. Burada çox yaxşı yoxuşlar qarşılaşırsan, belə ki, əyləcə basırsan və dönürsən, və bundan sonra sürətlənmək üçün çox uzun hissə yoxdur. Simulyatorda o hissə olduqca aldadıcı görünür və ümid edirəm ki, bu sabah da belə olar və həmin döngə xeyli çətinlik törədəcək. Ən sonda nə qədər çox çətinliklə üzləşsən, bu bir o qədər də sürücü üçün daha çox həyəcanvericidir və eynilə sürücü xətalarına da yol aça bilər. Hesab edirəm ki, bizi çox həyəcanverici sıralanma turu və yarış mərhələsi gözləyir. Bu məqam həqiqətən də trekdə maraqlı yarışa səbəb olacaq. 

Sebastian, bəs sən?

S.F.: Yaxşı, yenə də mən nələrin yaşandığından çox nələrin qarşıdan gəldiyinə baxıram. Səkkizinci döngədən etibarən başlayan hissə bütövlükdə həyəcanverici görünür. Burada İçəri Şəhərin ətrafında hərəkət edirsən. Trekdə yürüş edərkən həmin yoxuşlu hissədən də keçdim. Yuxarıya doğru çıxırsan və 10-11-ci döngələrdə kor apeks yaranır. Bu bizə çətinlik törədəcək. Bundan sonra sizin qeyd etdiyiniz yüksək sürətlə hərəkətə imkan verən az meyilli döngələr gəlir. Təhlükəsizlik standartları baxımından hesab edirəm ki, nə etmək lazımsa hamısı həyata keçirilib. Mən çox şadam ki, divar trekə daha yaxındır, nəyin ki, sürətlənirsən sonra onun arxasınca təhlükəsizlik üçün bəzi şinlərlə qarşılaşırsan və ya irəlidə səni başqa nəsə gözləyir. Üstəlik orada təhlükəsiz divarı var və o, təhlükəsizliyi yaxşı təmin edir, Braziliyadakı trekdə olduğu kimi. Bu baxımdan hesab edirəm ki, bu yaxşı məqamdır. İçəri Şəhərin ətrafı boyunca davam edən hissə həm də görünüş baxımından cazibədardır. Ümid edirəm ki, yarış zamanı da eyni hissi yaşayaram.

Другие новости этого раздела

9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur
Arxiv
Sabah