Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza
19 iyun 2016 15:00
Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub. Azerisport.az xəbər verir ki, qəza nəticəsində daha 3 pilot mübarizəni dayandırıb.
Daha əvvəl səkkizinci döngədə isveçli Cimmi Eriksson mübarizəni dayandırmışdı. Onuncu döngədə isə Filo Pas Armand və Norman Nato trasdan çıxıblar.
Hazırda 22 pilotdan 15-i yarışmaya davam edir.
Xatırladaq ki, ötən gün birinci yürüşdə "Prema" komandasının italiyalı pilotu Antonio Covinatsi qələbə qazanıb. (Trend)