Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək
18 aprel 2016 11:45
Gənclər və idman naziri Azad Rəhimov aprelin 27-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab rayon və şəhər sakinləri iştirak edəcəklər.
Saat 11:00 üçün nəzərdə tutulmuş qəbul Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti-98, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.