Rəhimov Göyçayda vətəndaşlarla görüşəcək
7 oktyabr 2016 15:00
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti 98, Heydər Əliyev parkının ərazisi,Göyçay Gənclər Mərkəzi ilə üzbəüz) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.