Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək
7 dekabr 2016 13:40
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi -1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.