Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu
1 dekabr 2016 13:40
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb. Azerisport.az xəbər verir ki, konfransda Azərbaycanı nazir Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfrans çərçivəsində Azərbaycan “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulub.
Bununla bağlı sənədi A.Rəhimov imzalayıb.