Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək
18 mart 2016 20:00
Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh, Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar 28 mart tarixinədək sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.