Fotoreportaj|Video|На русском

Xronika

Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında çıxış edib

5 mart 2016 00:30

Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin 1-ci iclası keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu iclasda gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Qeyd edək ki, iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında 2009-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında imzalanmış Naxçıvan Sazişi çərçivəsində təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), konkret layihələr vasitəsilə Türkdilli ölkələr və xalqları arasında əhatəli əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

Çıxışı zamanı nazir Azad Rəhimov Türk Şurası ölkələri arasında əməkdaşlığın daha da dərinləşdiyini, növbəti illərdə genişlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminliyini bildirib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli Dövlət Başçılarının 2009-cu ildə Azərbaycanın qədim şəhəri olan Naxçıvanda keçirilən Zirvə Toplantısında yaradıldığını diqqətə çatdıran nazir, hər iki xalqı ümumi tarix, mədəniyyət və birgə dəyərlərin birləşdirdiyini qeyd edib.

Çıxış zamanı nazir Türk Şurasının 16 avqust 2013-cü il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Üçüncü Zirvə Toplantısında qəbul edilən qərarına əsasən ölkəmizdə   “Birinci Türk Universiadası” və “Birinci Köçəri Oyunları”nın keçirildiyini xatırlamış və bu oyunların Türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun daha da genişlənməsinə və dərinləşməsinə xidmət etdiyini bildirilimişdir.

Azad Rəhimov: “Ümid edirik ki, cari ilin sentyabrında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan “İkinci Köçəri Oyunların”ın hazırlığı vaxtında və uğurla başa çatacaq. Azərbaycan bu oyunlarda  böyük heyətlə iştirak edəcək".

Nazir Azad Rəhimov eyni zamanda 2016-cı ildə Gəncənin Avropanın Gənclər paytaxtı seçilməsini nəzərə alaraq Türk dünyası gəncləri  ölkələrinin “Gənclər Festivalı”nın məhz bu şəhərdə keçirilməsi təklifini də irəli sürüb.

Bu və növbəti illərdə Azərbaycanda keçirilə biləcək tədirlərdən danışarkən Azad Rəhimov deyib: “Gənclər Festivalı” ilə yanaşı,  Şuranın protokolunun müxtəlif maddələrində göstərilən “Yay Gənclər Düşərgəsi” və  Gənclər qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Gənclər Şurası”nın iclasının da Azərbaycanda keçirilməsini dəstəkləyirik. Həmçinin, Türk Universiadasının iki ildə bir əlifba sırası ilə bir dövlətdə keçirilməsini məqsədəuyğun hesab edirik ki, 2018-ci ildə bu oyunları Azərbaycanda təşkil edə biləcəyimizi qeyd edirəm”.

Eyni zamanda nazir, “Dördüncü İslam Həmrəyliyi Oyunları” çərçivəsində Türk Şurasının Gənclər və İdmandan məsul Nazirlərinin İkinci toplantısının 2017-ci ilin may ayında Azərbaycanda keçirilməsi təklifini də irəli sürüb.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah