Nazir İsmayıllıda vətəndaşları qəbul edəcək
15 fevral 2016 17:40
Gənclər və idman naziri Azad Rəhimov fevralın 19-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayon sakinləri iştirak edəcəklər.
Saat 11:00-da başlanacaq qəbul Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti-57, RİH-in yaxınlığı) gerçəkləşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.