Beynəlxalq Sığorta Şirkəti 2015-ci ili xalis mənfəətlə başa vurdu
19 yanvar 2016 11:15
Ötən ilin yekunlarına görə “Beynəlxalq Sığorta Şirkəti” 1 milyon manatdan artıq xalis mənfəət əldə etmişdir. Şirkətdən bildirilmişdir ki, mənfəət sığorta haqları üzrə ümumi yığımın 11 milyon manat həddində olması fonunda əldə edilmişdir.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti 2015-ci ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq, ildə 1 milyon həddində xalis mənfəət əldə olunması ənənəsinə sadiq qalmışdır.