Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək
14 yanvar 2016 15:30
Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.
Qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Quba şəh, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 14-dən 18-dək saat 09:00-18:00 arası aparılacaq.