İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
23 dekabr 2015 13:30
Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra mükafatlandırma mərasimi olub.