Rostislav Pevstov dünya kubokunun gümüş medalını qazandı
16 aprel 2016 11:00
Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən dünya kubokunun gümüşünü qazanıb. Azerisport.az xəbər verir ki, 1500 metrlik su məsafəsini idmançı 20:35 vaxt çərçivəsində başa vurub.
Ardınca isə 40 km velodistansiyanı 56:26 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını Pevtsov 30:56 nəticəsilə başa vurub. Ümumi hesablamada Pevtsov 01:49:29 vaxt göstəricisilə ikinci yerə layiq görülüb.
Xatırladaq ki, bu idmançının ilk belə uğuru deyil – bu ayda o Yeni Zelandiyada keçirilmiş dünya kubokunda 3-cü olub.