Bakıda Beynəlxalq Triatlon Şurasının seminarı keçiriləcək
14 aprel 2015 17:00
Bakıda Beynəlxalq Triatlon Şurasının seminarı keçiriləcək. Azerisport.az xəbər verir ki, Beynəlxalq Triatlon Şurası (İTU) federasiyaların texniki nümayəndələri üçün birinci dərəcəli seminar Bakıda təşkil edəcək.
Seminar iki gün olacaq - aprelin 30-da və mayın 1-də. Tədbirin aparıcıları isveçrəli mütəxəssis Stefan Marius, ispan Xorxe Qarsiya və macarıstanlı Bela Varqa olacaq.
Xatırladaq ki, analoji seminarı İTU dekabr ayında Bakıda federasiyaların texniki heyətləri üçün təşkil etmişdi.