Rumıniyalı triatlonçular Avropa Oyunlarında yarışacaq
Rumıniyalı triatlonçular Antoanela Manak və Aleksandru Diakonuya Avropa Oyunlarında yarışmaq imkanı verilib. Azerisport.az xəbər verir ki, Manak və Diakon Bakı 2015 Avropa Oyunlarında müvafiq olaraq qadın və kişilər arasında traitlon yarışlarında iştirak edəcək.
19 yaşlı Manak Balkan çempionatının keçmiş gümüş medalçısıdır və həm milli, həm də Balkan yarışlarında pyedestala çatıb. 27 yaşlı Aleksandru yeddi qat ölkə çempionudur və dünyanın əhəmiyyətli triatlon yarışlarında iştirak edib.
Rumıniya Triatlon Federasiyasının prezidenti cənab Adrian Nanulesku deyib ki, Manak və Aleksandrunun Bakı 2015-də yarışması ölkə idmanına əhəmiyyətli fayda gətirəcək.
"Bizi iki mükəmməl idmançı təmsil edəcək və inanıram ki, Rumıniyanın iştirakı yerli səviyyədə bu idmanın səviyyəsini yüksəldəcək" – deyə cənab Nanulesku MediaFax-a açıqlamasında bildirib və belə əlavə edib: "Eyni zamanda biz Rumıniyada triatlonu artıq başladılmış uzun müddətli inkişaf planı ilə yüksəltməyə davam edəcəyik."
Cənab Nanulesku uşaqların 2024-2028-ci illərdə gələcək olimpiya çempionları olması üçün hazırlanmış Start Triatlon Çempionları proqramının əhəmiyyətini də xüsusilə qeyd edib.