Kiprdən iki bürünc
7 aprel 2015 18:15
Azərbaycanın Triatlon üzrə komandası Kiprin Ayanapa şəhərində keçirilən beynəlxalq turnirində uğurla çıxış edib. Azerisport.az xəbər verir ki, bu yarışda ölkəmizi Kseniya Levkovskaya və Aleksandr Yatsenko təmsil ediblər.
İdmançılarımız turnirin bürünc medallarını qazanıblar. Qeyd edək ki, hər iki idmançı aprelin 19-da İspaniyada keçirilən Avropa kuboku turnirində iştirak etməyə hazırlaşır. Buna görə də Ayanapada keçirilən yarış onlar üçün yoxlama xarakteri daşıyırdı.