Qusarda cüdo üzrə təlim-məşq metodikası ilə bağlı seminar keçirildi
31 oktyabr 2016 11:15

Bölgələrdə məşqçilər üçün keçirilən seminarlar davam edir. Azerisport.az xəbər verir ki, Zaqatala və Qəbələdən sonra növbəti belə bir seminar Qusarda baş tutub.
Qusar İdman Olimpiya Kompleksində keçirilən seminara Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Şabran və Sizəyəzəndən olan məşqçi müəllimlər qatılıblar. Azərbaycan Cüdo Federasiyasının "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov, Məşqçilər Komitəsinin üzvləri Musa İsmayılov və Əli Dəvrişov yeniyetmə cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prossesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb.