Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı
Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi mundialda aktivinə daha bir medal yazdlrıb.
Qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kq çəkidə yarışan Zülfiyyə Hüseynova yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. 1/4 finalda Türkiyə təmsilçisi Dilək Çakıra qalib gələn cüdoçumuz yarımfinalda İtaıiya idmançısı Monika Stragiolottonu məğlub edib. Zülfiyyə həlledici görüşdə meydan sahibi, ABŞ cüdoçusu Marqarita Kabreraya uduzaraq 2-ci yeri tutub.
Kişilərin yarışında M-2 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində mübarizə aparan Zülfüqar Hüseynov bürünc medal uğrunda görüşdə məğlub olaraq 5-ci yeri tutub.
55 ölkədən 966 veteran cüdoçunun mübarizə apardığı dünya çempionatında Azərbaycan millisinin veteranları Fərhad Rəcəbli (90 kq) və Zaur Paşayev (100 kq) qızıl, Mübariz Cəfərov (81 kq) isə bürünc medal qazanıb.