AÇ-də medal qazanan cüdoçular Bakıya qayıtdılar
14 noyabr 2016 14:20
İsrailin paytaxtı Təl-Əviv şəhərində keçırilən Avropa birinciliyində tarix yazan cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və cüdo ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, millimiz İsraildən 2 medalla qayıdlb. 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 90 kq çəkidə yarışan Furudin Dadaşov isə qitə birinciliyinin bürünc medalını qazanıb.