Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
1 dekabr 2016 10:30
Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Azerisport.az xəbər verir ki, 3 gün keçiriləcək yarışda ölkəmizin bütün bölgələrindən olan yeniyetmə cüdoçular iştirak edəcəklər.
Bu yaxınlarda baş tutan Bakı birinciliyi və region yarışlarının mükafatçıları, perespektivli yeniyetmələr respublika çempionatında medallar uğrunda mübarizə aparacaqlar.