Orxan Səfərov və Nicat Şıxəlizadə Bundesliqa çempionu oldu
31 oktyabr 2016 00:05
Azərbaycan cüdoçuları Nicat Şıxəlizadə və Orxan Səfərov Almaniya çempionatının qalibi adına layiq görülüblər. Azerisport.az xəbər verir ki, hər iki idmançımız Almaniyanın "Hamburq" klubunun heyətində keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Bundesliqa çempionu olub.
Klublararası birinciliyin finalında "Hamburq" Münhenin "Qrossadern" klubunu 7:6 hesabı ilə məğlub edib. Hər iki cüdoçumuz həlledici qarşılaşmalarını da qalib başa vurub.
Qeyd edək ki, Bundesliqa kubokuna sahib olan Orxan Səfərov 60 kq, Nicat Şıxəlizadə isə 66 kq çəki dərəcəsində mübarizə aparıb.