Azərbaycan Ulan-Batorda 3-cü oldu
3 iyul 2016 14:30
Cüdo üzrə Azərbaycan yığması Ulan-Batorda keçirilən qran pridə üçüncü yeri tutub. Azerisport.az xəbər verir ki, millimizin üzvləri bu turnirdə bir qızıl, 3 bürünc medal qazanmaqla komandamızın Rusiya, Kuba, Xorvatiya, Qazaxıstan və digər ölkələri geridə qoymasına kömək olublar.
Qələbəni isə Monqolustan (9-10-10) bayram edib. İkinci yeri Yaponiya (2-1-4) tutub.