Millimiz Almaniyadan birbaşa Braziliyaya yollanacaq
2 iyun 2016 16:00
Olimpiadaya 6 lisenziya qazanan cüdo üzrə yığmamızın Olimpiadaya hazırlığının müəyyən hissəsi məlum olub. Azerisport.az xəbər verir ki, bir neçə təlim-məşq toplanışı planlaşdıran millimizin son hazırlığı Almaniyada baş tutacaq.
İyulun 15-dən 25-dək bu ölkədə toplanış keçəcək Peter Zayzenbaherin komandası oradan birbaşa Rio de Janeyroya yollanacaq.
Cüdoçular mühitə uyğunlaşmaq üçün Olimpiadanın startına 10 gün qalmış Braziliyaya gedəcək.