Oktyabr ayının ən yaxşı futbolçusu bəlli oldu
8 noyabr 2011 02:05
Oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Rəşad Abdullayev ötən ayın ən güclü futbolçusu seçilib.
Son ölkə çempionu “Neftçi”nin yarımmüdafiəçisi respondentlərin 26 faizlik səs çoxluğunu (218 səs) qazanıb.
Abdullayevin ən yaxın izləyicisi isə “Xəzər Lənkəran”ın hücumçusu Antonio Semedo olub. “Ağ-yaşıllı” forvard səslərin 25 faizini toplaya (213 səs) bilib.
Üçüncü yeri isə “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 18 faiz (149) səs toplayıb.