Oktyabr ayının ən yaxşı futbolçusu bəlli oldu
11 noyabr 2012 01:10
Oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Nikolas Kanales ötən ayın ən güclü futbolçusu seçilib.
“Neftçi”nin hücumçusu respondentlərin 36 faizlik səs çoxluğunu (163 səs) qazanıb.
Kanalesin ən yaxın izləyicisi də “Neftçi”nin üzvüdü. Bu, yarımmüdafiəçi Julius Vobaydı. O, səslərin 17 faizini toplaya (77 səs) bilib.
Üçüncü yeri isə “Turan”ın futbolçusu Salif Ballo tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 12 faiz (53) səs toplayıb.