Kanales dekabr ayının da ən yaxşısı seçildi
5 yanvar 2013 00:43
Dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Nikolas Kanales yenə ayın ən güclü futbolçusu seçilib.
“Neftçi”nin hücumçusu respondentlərin 38 faizlik səs çoxluğunu (680 səs) qazanıb.
Kanalesin ən yaxın izləyicisi “Qarabağ”ın futbolçusudu. Bu, hücumçu Vüqar Nadirovdu. O da səslərin 38 faizini toplayıb. Amma Nikolasla müqayisədə Vüqara 672 səs verilib.
Üçüncü yeri isə “Turan”ın futbolçusu Salif Ballo tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 7 faiz (132) səs toplayıb.
Maraq üçün xatırladaq ki, Kanales oktyabr və noyabr aylarında da ən yaxşı futbolçu seçilmişdi. Elə Ballo da ötən iki ayın sorğusunu üçüncü pillədə başa vurmuşdu.