Fevral ayının da ən yaxşı futbolçusu Nikolas Kanales oldu
7 mart 2013 02:15
Fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Nikolas Kanales yenə ayın ən güclü futbolçusu seçilib.
“Neftçi”nin hücumçusu respondentlərin 33 faizlik səs çoxluğunu (247 səs) qazanıb.
Kanalesin ən yaxın izləyicisi də “Neftçi”nin futbolçusudu. Bu, yarımmüdafiəçi Araz Abdulllayevdi. O, səslərin 18 faizini (131) toplayıb.
Üçüncü yeri isə “Qarabağ”ın forvardı Vüqar Nadirov tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 17 faiz (126) səs toplayıb.
Maraq üçün xatırladaq ki, Kanales oktyabr, noyabr və dekabr aylarında da ən yaxşı futbolçu seçilmişdi. Bu, onun cari mövsümdə dördüncü belə uğurudu. Nəzərə alsaq ki, yanvarda klublarımız istirahətdə idi və həmin ay bu sorğu keçirilməmişdi, o zaman çilili forvard ardıcıl dördüncü dəfədi ən yaxşı adını qazanır.