Flavinyo – martın ən yaxşısı
7 aprel 2011 14:16
Mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Flavinyo ötən ayın ən güclü futbolçusu seçilib.
“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi respondentlərin 31 faizlik səs çoxluğunu (354) qazanıb. Onun ən yaxın izləyicisi isə “Qarabağ”dan Georgi Adamiya olub. Ötən ayın ən yaxşısı olan gürcü futbolçu bu dəfə səslərin 27 faizini toplaya (310 səs) bilib.
Üçüncü yer isə "Xəzər Lənkəran"ın hücumçusu Uinston Parksa qismət olub. Cənubluların forvardına 209 nəfər səs verib (19 faiz).