Ramil Quliyev daha 3 il Azərbaycanın şərəfini qoruyacaq
27 aprel 2011 17:41

Beynəlxalq Yüngül Atletika Federasiyası (İAAF) azərbaycanlı sprinter Ramil Quliyevin Türkiyə yığmasına keçidi ilə bağlı yaranan mübahisəli məsələ ilə bağlı qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində İAAF məhz yığmamızın lehinə olan qərar çıxarıb.
Qeyd edək ki, Ramil Quliyev ötən il Azərbaycan yığmasında çıxış etməkdən imtina etdiyini və Türkiyə millisinə keçdiyini bəyan etdi. Orda qardaş ölkənin vətəndaşlığını da alan Ramil məhz Türkiyə yığmasının uğurları üçün çalışmaq imkanı da qazandı.
Lakin məhz bununla bağlı Azərbaycan Yüngül Atletika Federasiyası da İAAF-a müraciət etdi. Beynəlxalq qaydalara əsasən, yüngül atletlər başqa ölkə millisinə keçdikdən üç il sonra həmin komandanın uğurları üçün çalışa bilər. Artıq məhz İAAF-ın bu haqda müsbət qərarı AAAF-a təqdim olunub. Yığmamızın baş məşqçisi Məhərrəm Sultanzadənin azerisport.az saytına verdiyi məlumata görə, yekun qərar məhz Azərbaycanın xeyrinə olub:
“İAAF-ın baş naziri Pyer Vayss federasiyamızın onlara ünvanlandığı şikayətlə yaxından tanış olduqdan sonra artıq bizə cavab məktubu yollayıb. Orda da göstərilir ki, Ramil Quliyev 2011-ci il aprelin 5-də Türkiyə vətəndaşlığına qəbul olunub. Bu üzdən 2014-cü ilin 5 aprelinə kimi onun beynəlxalq arenada qazanacağı bütün nəticələr Azərbaycanın xeyrinə hesablanacaq. Bu, bütün turnirlərə, eləcə də dünya və Avropa birinciliklərinə, olimpiadaya aiddi. Yalnız həmin tarixdən sonra Ramil Türkiyənin uğurları üçün çalışa bilər”.

Qeyd edək ki, belədə 2012-ci il olimpiadasında da ölkəmiz üçün çıxış etmək məcburiyyətində qalan Ramil 2014-cü ilə qədər bütün turnirlərdə Türkiyə yox, məhz Azərbaycan yığmasının forması altında çıxış etmək məcburiyyətində qalacaq.