Nazim Babayev qızıl medal, Azərbaycan daha iki lisenziya qazandı
1 iyun 2014 19:28
Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, oğlanlar arasında üç təkanla tullanma yarışlarında Azərbaycan atleti Nazim Babayev 16,14 metr nəticə göstərərək bütün həmkarlarını qabaqlayıb.
Bununla, idmançımız həm Azərbaycan rekordunu təzələyib, həm də qızıl medal qazanıb. Turnirin qalibi olan Nazim Babayev eyni zamanda Çində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanıb. Gümüş medala ukraynalı Aleksandr Malosilov, bürünc mükafata isə italiyalı Tobia Boççi sahib olub.
Şüvüllə tullanma üzrə turnirin finalına vəsiqə qazanan Yelena Qladkova 3.80 metr hündürlüyün öhdəsindən gəlməyi bacarıb. Bununla atlet ümumi sıralamada 7-ci yeri tutmaqla yeniyetmələrin olimpiadasında iştirak etmək imkanı qazanıb.
Qeyd edək ki, komandamızın hesabında 1 qızıl və 1 gümüş medal var. Ümumilikdə idmançılarımız 3 lisenziya qazanıb.