Nazim Babayev rekordu təzələdi və finala çıxdı
31 may 2014 11:22
Bakıda atletika üzrə yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa Təsnifat Turnirinin ikinci günü Azərbaycan idmançıları üçün uğurla başlayıb. Azerisport.az xəbər verir ki, üç təkanla tullanmada ölkəmizi təmsil edən Nazim Babayev iki cəhdin yekununda 15.81 metr göstərməklə, “A” qrupunu 1-ci yerdə başa vurub.
Bu nəticə ilə Nazim Babayev həm turnirin rekordunu təzələyib, həm də yarışın final mərhələsinə vəsiqə qazanıb (Turnirin rekordu 15.55 metr olmaqla Bolqarıstan təmsilçisi Georgi Tsonova məxsus olub).
17 yaşı tamam olmayan Nazim Babayev ilk mərhələdə Rusiya idmançısı Vitaliy Pavlov, İspaniya atleti Alejandro Kedar, Ukrayna təmsilçisi Pavlo Beznitsi qabaqlayıb.
Üç təkanla tullanmada final mərhələsi sabah keçiriləcək. 12 idmançı Avropa Təsnifat Turnirinin medalları ilə yanaşı, həm də avqustda Çində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq. İlk 7 yerin sahibi lisenziya əldə edəcək.