Nazim Babayev: Finalda qızıl medal uğrunda yarışacağam
31 may 2014 13:44
Bakıda keçirilən atletika üzrə Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa Təsnifat Turnirində finala vəsiqə qazanmış Nazim Babayev jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, üç təkanla tullanmada turnirin rekordunu təzələmiş idmançı təəssüratlarını media ilə bölüşüb:
"Hazırlıq zamanı məşqçilər mənə lazımi məlumatları vermişdi. Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma məqsədim medal qazanmaqdır. İlk mərhələdə Azərbaycan rekordunu təzələmək istəyirdim. Nəticədə yalnız turnirin rekordunu yeniləmək alındı. Finalda iddialıyam. Sabah Azərbaycan rekordunu yeniləmək, medal və lisenziya qazanmaq istəyirəm. Arzum odur ki, finalda Vətənimə qızıl medal qazandırım. Çox istərdim ki, qələbə qazanım və Azərbaycan himnini səsləndirim".