Azərbaycan ilk medalı və ilk lisenziyanı qazandı
31 may 2014 19:40

Azərbaycan atletləri Bakıda keçirilən yüngül atletika üzrə Avropa Təsnifat Turnirində ilk medalını qazanıb. Azerisport.az xəbər verir ki, qızlar arasında 3000 metr məsafəyə qaçış yarışlarında atletimiz Behafeta Hadiyes gümüş medala sahib olmaqla yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Təmsilçimiz 3000 məsafəni 9 dəqiqə 34 saniyəyə qət edib. Bu növdə turnirin qalibi Almaniya təmsilçisi Alina Reh olub (9 dəqiqə 26 saniyə). Rumıniyalı Maria Maqdalena İfteni bürünc medalla kifayətlənib (9 dəqiqə 36 saniyə).