Patrik Braxner Soçi Qış Olimpiadasında 53-cü oldu
19 fevral 2014 16:33
Bu gün Soçi Qış Olimpiadasında ölkəmizin daha bir təmsilçisi mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, böyük slalomda xizəkçimiz Patrik Braxner ikinci çıxışına 60-cı qoşulub və birinci çıxışdakı öz nəticəsini demək olar ki, eyni ilə təkrarlayıb: 1:32,31.
Xatrladaq ki, Braxner ilk çıxışını 60-cı vaxt göstəricisi ilə başa vurmuş (1:31,32) və Mərakeş, İran və Yunanıstan dağ xizəkçilərindən geridə qalmışdı.
Ümumi nəticədə 3:03,63 göstərici ilə təmsilçimiz çıxışını 53-cü pillədə bitirib və liderdən 18,34 saniyə geri qalıb.