Fotoreportaj|Video|На русском

Soçi-2014

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Soçidə Olimpiya Oyunlarının qlobal idman təntənəsinə qatılmışlar

9 fevral 2014 14:00
Azərbaycanın Prezidenti və Birinci Xanımı Olimpiya Oyunlarının Soçidə başladığı zaman qlobal idman təntənəsinə qatılmışlar. Azerisport.az xəbər verir ki, “Bakı 2015” ilk Avropa Oyunlarının təşkilatçıları Soçidə atletlərə göstərilən xidmətləri yüksək dəyərləndirdilər.
Soçi, 8 fevral 2014-cü il: Bu gün, Azərbaycanın siyasi və idman rəhbərləri qarşıdan gələn Oyunlarda cəsarəti və nailiyyətləri bütün dünyanı ilhamlandıracaq “Soçi-2014” Qış Olimpiya Oyunlarının atletlərini yüksək dəyərləndirmişlər.
Azərbaycan Prezidenti və onun xanımı bildirmişlər ki, hər ölkədən gəlmiş hər bir Olimpiya idmançısı bu Oyunların idmançıları kimi beynəlxalq idman zirvəsində ən yüksək standartlara nail olduqlarına görə hörmət və etimad qazanmışlar.
Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva qeyd etmişlər: “Biz atletlərimizi və Azərbaycandan olan komandalarımızı dəstəkləmək üçün buradayıq, lakin eyni zamanda, Olimpiya hərəkatını və onun yönəltdiyi idmançıları, Oyunların əsl ulduzlarını dəstəkləmək üçün gəlmişik”.
Onlar bildirmişlər: “Dünya, xüsusən də, dünya gəncləri havada, qar üzərində və buzda sürətlə yarışan, xizək çəkən, konki sürən və səmaya qalxan, o cümlədən Soçi Oyunlarında burada insan nailiyyətlərinin yeni zirvələrini fəth edən atletlərin böyük şücaəti, təsəvvürü, yaradıcılığı və cəsarəti ilə ilhamlanacaq”.
“Atletlər bütün siyasi, coğrafi və mədəni hüdudlara baxmayaraq, idmanın insanları və ölkələri birləşdirmək kimi unikal qüvvəsini təcəssüm və nümayiş etdirirlər”.
Azərbaycan Prezidenti və xanımı qeyd etmişlər ki, Azərbaycan idman və Olimpiya Oyunlarında çox maraqlıdır, Olimpiya dövlətləri və Avropa atletləri adından 2015-ci ilin iyun ayında paytaxt Bakı şəhərində ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, Bakının Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayəndə heyəti, həmçinin, Oyunları müşahidə etmək məqsədilə Soçidədir.
“Soçi Oyunları Olimpiya Oyunları modelinin operativ işləməsini müşahidə etmək və “Bakı-2015” ilk Avropa Oyunları üçün bəzi planlaşdırma məsələlərini yoxlamaq məqsədilə bizim üçün önəmli fürsət olacaq”.
Həmçinin BAOƏK baş icraçı direktoru olan nazir Rəhimov Olimpiya Kəndində və Soçi Oyunları üçün yarış məkanlarında göstərilən xidmətlərin və yaradılmış şəraitlərin yüksək keyfiyyətini dəyərləndirmişdir.
O, bildirmişdir: “Təşkilat Komitəsi atletlər üçün yaxşı məşq yerləri, düzgün avadanlıq, yaxşı keyfiyyətli yerləşmə, lazımi qida və effektiv nəqliyyatı təmin etməlidir. Biz deyə bilərik ki, “London-2012” heyəti kimi Soçi də atletlər üçün bütün bu xidmətləri olduqca yüksək səviyyədə göstərmişdir və biz Milli Olimpiya Komitəmizin rəsmiləri və idmançılarımız tərəfindən Soçidə atletlərə göstərilən yüksək keyfiyyətli xidmətlərlə bağlı bütövlükdə verilən yüksək qiymətlərin şahidi oluruq”.
BOK-un yüksək rütbəli üzvü və Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki qeyd etmişdir ki, 18 idman növü üzrə bütün 49 Avropa Olimpiya dövlətlərindən olan 5400-dən artıq atletləri bir araya gətirəcək Avropa Oyunları “Rio-2016” Olimpiya Oyunları üçün lisenziya tədbirinə çevriləcək və hazırlıq işləri cədvələ uyğun gedir.
AOK-un Prezidenti Hikki demişdir: “Əminəm ki, Bakı Avropanın qürur duyacaq yüksək səviyyəli nəticələrlə yüksək keyfiyyətli idman tədbirini təşkil edəcək”.
“Bakı-2015 Oyunları üçün hazırlıq işləri, o cümlədən yeni yerlərin və dəstəkləyici infrastrukturun tikintisi cədvələ uyğun gedir və Avropa Oyunlarında yeni ulduzlar çıxış edəcək və Avropanın növbəti atletlər nəsli üçün karyeranı müəyyən edən anlar və çıxışlar olacaq”.
Avropa Oyunlarının təşkilatçıları qeyd etmişlər ki, Bakı aprel ayında “AIPS” beynəlxalq peşəkar idman reportyorların 90-cı yubiley konqresini qəbul edəcək və Avropa üçün yeni dünya miqyaslı idman mərkəzi qismində mühüm idman tədbirlərini, eləcə də ilin ortasında Gimnastika Çempionatını qəbul etməkdə davam edəcək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah