Azərbaycanlı cütlük Soçi Qış Olimpiya Oyunlarında
17 fevral 2014 12:40
Soçidə keçirilən 22-ci Qış Olimpiya Oyunlarının onuncu günündə - fevralın 16-da cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlayıb. Azerisport.az xəbər verir ki, “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər.
Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar. İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-cü pillədə qərarlaşıblar.
Duetimiz fevralın 17-də sərbəst proqram üzrə yarışacaq.
Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue – Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix – Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutublar.