Zlobina və Sitnikov 14-cü oldu
17 fevral 2014 00:22
Soçi Olimpiadasında fiqurlu konkisürmə üzrə rəqs cütlükləri qısa proqramla çıxış edib. Azerisport.az xəbər verir ki, təmsilçilərimiz Yuliya Zlobina və Aleksey Sitnikov cütü 58,15 bal toplayaraq 14-cü yeri tutub və növbəti mərhələyə adlayıblar.
Burada cütlüyü sərbəst rəqs gözləyir. Lider isə amerikalı cütlük Merli Devis və Çarli Uaytdır (78,89). İkinci pillədə kanadalı cütlük Tessa Virçu və Skott Moyr, üçüncü pillədə isə rusiyalılar Yelena İlyinıx və Nikita Katsalapov (73,04) qərarlaşıb.