Yuliya Zlobina və Aleksey Sitnikov ikinci pillədə qərarlaşıblar
17 fevral 2014 20:22
Fiquristlərimiz Yuliya Zlobina və Aleksey Sitnikov Soçi Olimpiadasında çıxışlarını başa vurublar. Azerisport.az xəbər verir ki, sərbəst proqram üzrə çıxışda rəqs cütlüyü 90,48 bal toplayaraq, hazırda 148,63 balla səkkiz cütlük arasında ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, qısa proqram üzrə çıxışda təmsilçilərimiz 58,15 balla 14-cü olmuşdu.