Azərbaycan Qış Olimpiadasına uğurla başladı
16 fevral 2014 21:13
Bu gün yığmamızın fiquristləri Yuliya Zlobina və Aleksey Sitnikov Soçi Qış Olimpiadasında çıxış ediblər. Azerisport.az xəbər verir ki, təmsilçilərimiz buz üstünə 13-cü olaraq, qısa proqramla çıxıblar.
Hakimlərin qərarına əsasən, Zlobina-Sitnikov dueti 58.15 bal alıb və hazırda bu göstərici ilə 24 cütlükdən ibarət yarışın 13 cütü arasında üçüncüdür.