Patrik Braxner Soçi Olimpiadasında Mərakeş, İran və Yunanıstan dağ xizəkçilərindən geridə qaldı
19 fevral 2014 13:33
Bu gün Soçi Qış Olimpiadasında ölkəmizin daha bir təmsilçisi mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, böyük slalomda xizəkçimiz Patrik Braxner çıxışını 60-cı vaxt göstəricisi ilə başa vurub (1:31,32) və Mərakeş, İran və Yunanıstan dağ xizəkçilərindən geridə qalıb.
112 iştirakçıdan79-u isə məsafəni uğurla başa vurub.